аdamın yerə baxanı

smooth waters run deep / still waters have deep bottoms / beware of a silent dog and still water / dumb dogs are dangerous / the devil lurks behind the cross в тихом омуте черти водятся (с виду тихий человек способный на поступки, которых от него нельзя было ожидать)
Adamın üzünə baxarlar, halından xəbər tutarlar.
Adamın yerə baxanı, suyun lal axanı.
OBASTAN VİKİ
Artıq adamın gündəliyi
Artıq adamın gündəliyi (rus. «Дневник лишнего человека») — rus yazıçısı İvan Turgenevin 1850-ci ildə yazdığı novelladır. Cəmi 31 yaşı olsa da, naməlum xəstəlikdən dünyasını dəyişən və həyatında baş verən hadisələri danışarkən ömrünə sayılı günlər qalan Tçulkaturin adlı şəxs tərəfindən gündəlik şəklində birinci şəxs tərəfindən yazılmışdır. Hekayə rus ədəbi anlayışının arxetipinə çevrildi. İlk dəfə 1850-ci ildə " Oteçestvennıe Zapiski " də çap olunub. == Hekayə haqqında == Turgenev hekayə üzərində işi 1850-ci ildə Parisdə tamamladı. "Gündəlik" və yazıçının yaradıcılığında “əlavə adam” mövzusuna başlayır. Müəllif bundan əvvəl də müraciət etmişdi, lakin əvvəlki əsərlər istehza və polemikaya bürünmüşdüsə, “Gündəlik”in əsasını daha obyektiv və dərin psixoloji təhlil təşkil edir. Yazıçı xüsusilə xarakterin hərtərəfli təsviri problemi ilə maraqlanır, Turgenevin psixologizmi burada yerləşir, amma romantik deyil, real əsasda. Müəllifin özü də “Gündəlik”i uğurlu əsər hesab edirdi.
Yerə Oxşarlıq İndeksi
Yerə Oxşarlıq İndeksi (abbr. YOİ; ing. Earth Similarity Index abbr. ESI) — bir planetin və ya peykin Yerə fiziki oxşarlığı göstərən vahid. Bu sıfırdan birə qədər şkaladır, və bu şkalada Yerin dəyəri sıfırdır. YOİ planetlərin və ya peyklərin radiusunun, sıxlığının, porabula sürətinin və yerüstü temperaturunun funksiyasıdır. E S I = ∏ i = 1 n ( 1 − | x i − x i 0 x i + x i 0 | ) w i n {\displaystyle ESI=\prod _{i=1}^{n}\left(1-\left|{\frac {x_{i}-x_{i_{0}}}{x_{i}+x_{i_{0}}}}\right|\right)^{\frac {w_{i}}{n}}} x i {\displaystyle x_{i}} - planetin xassələri (məsələn, yerüstü temperaturu); x i 0 {\displaystyle x_{i_{0}}} - xassə üçün uyğun yerüstü əsas dəyəri (məsələn, 288 K); w i {\displaystyle w_{i}} - xassə üçün çəki göstərici; n {\displaystyle n} - planetar xassələrin tam sayı.
Yerə birləşdirmə, torpaqlama
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Gülünc adamın yuxusu (hekayə)
Gülünc adamın yuxusu (rus. Сон смешного человека) - Fyodor Dostoyevski tərəfindən 1877-ci ildə yazılmış fantastik hekayədir. == Məzmun == Hekayədəki adsız qəhrəman həyatdan bezib, yaşamaq istəmir. Özünə hər dəfə "mən gülməli adamam" deyir. İllər keçdikcə bunun fərqinə daha da varır. Dünyanın mövcud olub-olmamasının ona fərq etmədiyini anlayır. Yaşadığı evdə qonşu otaqdakıların danışıqlarını, mübahisələrini dinləməyə başlayır. Özünü öldürmək üçün hətta silah da alır. Bir dəfə küçədə gedərkən 8 yaşlı qızcığaz ona yaxınlaşır. Qızın hərarəti var idi və "anacan, anacan!" deyə səslənirdi.
Nahaq yerə, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir. Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır.
Simnarın Xavərnaq qəsrindən yerə atılması
Simnarın Xavərnaq qəsrindən yerə atılması - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvi edilmiş səhnə əsasında Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Nizaminin “Yeddi gözəl” poemasında Bəhramı tərbiyə edən Yəmən hökmdarı Neman Bəhrama bürcləri aya yüksələn, əfsanəvi gözəlliyə malik bir qəsr tikdirir. Qəsrin divarına gün düşəndə göz qamaşdırır. Qəsr gecə-gündüz üç rəngə düşürdü – göy, ağ və sarı. Xavərnaq qəsrinin memarı Simnar zəhməti müqabilində çoxlu mükafat alır. Bu mükafatdan sevinən memar ehtiyatsızlıq edərək deyir: Simnarın bu sözündən sonra şah ehtiyat edir ki, o, pul gücünə başqa padşaha Xavərnaq qəsrindən daha gözəl qəsr tikə bilər. Odur ki, memarı ucaltdığı qəsrin bürcündən yerə atmağı əmr edir. Beləliklə, Simnar zəhmətinə qarşı mükafat əvəzinə həyatını qurban verir. Simnarın yerə atılması süjeti dağ və ağaclıq fonunda təsvir olunmuşdur. Miniatürdə Simnarın faciəsi ilə əlaqədar həyəcan və təşviş sezilir.
Boş yerə təbil vurma (film, 2011)
Boş yerə təbil vurma (rus. ...В барабан не бью без толку...) qısametrajlı sənədli filmi rejissorlar Andrey Pavlenko və Tahir Əliyev tərəfindən 2011-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyası və Lennauçfilmin birgə istehsalıdır. Film Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur. == Məzmun == Ekran əsəri Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur. Ə. Həsənzadə 2000-ci ildə Rusiyanın “Nika” mükafatını alan ilk azərbaycanlı kino ustasıdır.
26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933)